1745
Dünən Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilmiş və 0:8 hesabı ilə başa çatan "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam etib və toplantıda bir sıra qərarlar qəbul olunub:
10.09.2016-cı il tarixdə baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir. Klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam etmiş və toplantıda bir sıra qərarlar qəbul olunmuşdur:
1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməmişdir.
2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməmişdir. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.
3. "Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.
4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.
"Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq.