11.09.2016 11:55
1932
1932
Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, kişilərdən ibarət əsas milli komandamız sentyabrın 11-də Rusiya ilə görüşəcək. İkinci yığmamız Vyetnamı, üçüncü komandamız isə Hondurası sınağa çəkəcək.
Favoritlərdən Ukrayna Hindistanla, ABŞ - Norveçlə, İngiltərə İranla, Hollandiya Çexiyayla, Çin Farer adaları ilə üz-üzə gələcək.
IX turda qadınlardan ibarət əsas millimizin rəqibi Ukrayna olacaq. İkinci komandamız Fransa ilə, üçüncü yığmamız isə Əlcəzairlə görüşəcək.
Liderlərdən Çin ABŞ-la, Rusiya Vyetnamla, Polşa İsraillə, Hindistan Hollandiyayla, Gürcüstan Türkmənistanla qarşılaşacaq.