581
AÇ-2016-nın 1/8 final mərhələsinin ikinci günü Fransa-İrlandiya matçı ilə başladı. Oyunun 2-ci dəqiqəsində İrlandiya millisi penalti zərbəsi ilə hesabda irəli çıxdı. Bundan sonra oyun demək olar ki, tək qapıya davam etdi. Buna baxmayaraq fransızlar fasiləyə qədər müvəffəqiyyət qazana bilmədilər. İkinci hissədə də oyun tamamilə İrlandiyalıların qapısı ağzında davam etməyə başladl. Fransızların təzyiqi 58-ci dəqiqədə öz bəhrəsini verdi. Antuan Krizman başı ilə vurduğu gözəl qolla bərabərliyi təmin etdi. 3 dəqiqə sonra Krizman ikinci dəfə irlandiyalıları meydançanın mərkəzinə dəvət etdi.
Bundan sonra britaniya təmsilçisi riskə getmək məcburiyyətində qaldı və hücumlar təşkil eləməyə başladı. Belə olan halda arxada boşluklar yaranırdı. Əks hücumların birındə irlandiyalı Daffi qaydaları pozaraq qapıçı ilə üzbəüz qalan Krizmanı aşkar qol vurmaq imkanından məhrum etdi və qırmızı kartla meydançadan qovuldu. Bu, irlandların son ümidlərini də öldürdü. Oyun Fransanın 2:1 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, Fransa ¼ finala vəsiqə alan dördüncü komanda oldu.