çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“İnter” Sumqayıtdan üç xalla qayıdıb

12.09.2016 01:51 Oxundu 1796

Azərbaycan Premyer Liqasında dördüncü turun son qarşılaşması Sumqayıtda oynanılıb. Cari mövsümdə uduzmayan “İnter” bu oyunda da ənənəsinə sadiq qalıb. Hesabı 2-ci dəqiqədə Denis Silva açıb. İkinci hissədə Ağabala Ramazanov fərqi iki topa çatdırıb.

Meydan sahiblərinin gücü isə sonuncu dəqiqədə fərqi azaltmağa çatıb. Təsəlli qolunu Vaqif Cavadov vurub. Beləliklə, səfər oyununda 2:1 hesabı ilə qalib gələn “İnter” Sumqayıtdan üç xalla qayıdıb.

Dörd turdan sonra turnir cədvəlinə doqquz xalla “Qarabağ” komandası başçılıq edir. “İnter” ikinci, “Qəbələ” isə üçüncü pilləyə yüksəlib.