çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

İsmayıl Məmmədov da Avropa çempionatının bürünc medalını qazandı

12.09.2016 10:21 Oxundu 1919

Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçirilir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Səfərə çıxan heyətimiz aşağıdakı kimidir:
Qızlar: Rzazadə Lalə, Hüseynzadə Fidan, Əzimova Səbinə, Nəzərli Gülbəniz, Abdurəhmanova Fidan.
Oğlanlar: Məmmədov İsmayıl, Ağalarov Kamran, Qasımov Rüstəm, Hüseynov Elməddin, Əliyev Fuqan, Babayev Tərmenxan, Alxasov Əlimərdan, Rüstəmov İsa, Muxtarlı Novruz.

Qitə birinciliyinin ikinci günü mübarizəyə daha iki ağır atletimiz qoşulub. Körpücük üzərinə ilk olaraq yeniyetmələr arasında 56 kq. çəki dərəcəsində mübarizə aparan Elməddin Hüseynov çıxıb. O, toplam 194 kq. nəticə ilə qrupda 14 idmançı arasında 6-cı yeri tutub. Gənclər arasında 50 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən yığmamızın üzvü İsmayıl Məmmədov isə birdən 81 kq, təkanla isə 93 kq. ağırlığın öhdəsindən gələrək cəmi 174 kq. nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb. Bu çəki dərəcəsində Avropa çempionatının qızıl və gümüş medallarına rumıniyalı idmançılar İancu İonadi Valentin (180 kq) və Balauta Petrica (174 kq) sahib olublar.

Bu gün keçiriləcək yarışın üçüncü günündə daha üç idmançımız - Səbinə Əzimova (48 kq), Fuqan Əliyev (62 kq) və İsa Rüstəmov (62 kq) medallar uğurunda mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün ağır atletimiz Rüstəm Qasımov Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırıb.

Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.