1767
Futzal üzrə Azərbaycan yığması 8-ci dünya çempionatında mübarizəyə qoşulur. apasport-un məlumatına görə, Kolumbiyada baş tutan mundialda millimiz gecə saatlarında ilk sınağına çıxacaq.Tarixində ilk dəfə planetin ən yaxşıları arasında yer alan komandamız F qrupunda Mərakeş yığması ilə üz-üzə gələcək. Yeni baş məşqçi Miltinyo millidə rəsmi debütünü qələbə ilə qeyd etmək əzmindədi. Çünki rəqib son Afrika çempionu olmasına baxmayaraq, qrupun autsayderi hesab edilir.
Medelyin şəhərində baş tutacaq görüş Kolumbiya saatı ilə saat 18:00-da start götürəcək. Cənubi amerikalılarla aradakı saat fərqinə görə, komandalar Bakı vaxtı ilə saat 03:00-da meydana çıxacaqlar. Kolumbiyadakı mundial çərçivəsində bu gecə baş tutacaq matçı Anqoladan Joze Katemo idarə edəcək. Portuqaliyalı Eduardo Fernandes ikinci, türkiyəli Kamil Çətin üçüncü hakim funksiyasını yerinə yetirəcək.
F qrupunun digər görüşündə isə Asiya çempionu İranla Avropa çempionu İspaniya münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç isə Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.
Dünya çempionatı
Qrup mərhələsi. I tur
F qrupu
13 sentyabr
03:00. Mərakeş – Azərbaycan