26.06.2016 22:39
149
149
Avro-2016-nin 1/8 final mərhələsində keçirilən Almaniya-Slovakiya matçında birincilər fovorit sayılırdı. Oyun gözlənilən ssenari üzrə davam etdi. Oyunun 8-ci dəqiqəsində Boatenq erkən qol vuraraq konmandasını hesabda irəli çıxardı. 5 dəqiqə sonra slovakların qapısına penalti təyin olundu, amma Məsud Özil bu imkandan istifadə edə bilmədi. Buna baxmayaraq almanlar aramsız hücumlarını davam etdirirdi. 43-cü dəqiqədə Qomez rəqibi ikinci dəfə məyus etdi. İkinci hissədə də ssenari dəyişmədi. 63-cü dəqiqədə Draxler komandasının 3-cü topunu vurmaqla oyunda son nöqtəni qoydu. Slovaklar çox çalışsalar da təsəlli qolu belə vura bilmədilər. Beləlikə, Almaniya xoşbəxt 8 komanda sırasına adını yazdıran 5-ci komanda oldu.