2425
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək. apasportun məlumatina görə, bu yay özünə klub tapa bilməyən, son anda "Sumqayıt"la müqavilə imzalayan futbolçu gözlənilmədən bu gün Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.
30 yaşlı futbolçu Portuqaliya təmsilçisi ilə mövsümün sonunadək anlaşıb. Artıq klub bu barədə rəsmi məlumat da yayıb. O, "Boavişta"ya azad agent statusu ilə keçib. Çünki futbolçunun "Sumqayıt"la müqaviləsində onun xarici klubdan dəvət alacağı halda problemsiz buraxılmasına dair bənd var idi.
Sabahdan etibarən yeni komandası ilə hazırlıqlara başlayacaq Kamran artıq "Boavişta"ya keçidi ilə bağlı ilk açıqlamasını da verib. O, klub saytına açıqlamasında bunları söyləyib: "Portuqaliyada oynayacağım, "Boavişta" kimi Avropa nəhəngində oynayacağım üçün çox şadam. Öz oyunumla "Boavişta" azarkeşlərini sevindirəcəyimə söz verirəm".
Qeyd edək ki, "Boavişta" bu yay Azərbaycan yığmasının digər futbolçusu Emin Mahmudovu da heyətinə qatmışdı.