çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Avro-2016-nın ən böyük hesabı - Macarıstan-Belçika 0:4

26.06.2016 23:51 Oxundu 359

Avro-2016-nın 1/8 final mələsinin altıncı oyununda Macarıstan və Belçiika komandaları üz-üzə gəldi. Bu oyunda Belçika fovorit sayılırdı. Bu, oyunun lap əvvəlində hesabda öz əksini tapdı. 10-cu dəqiqədə belçikalı Alderviereld komandasının ilk qolunu qeyd etdi. Bundan sonra oyun üstünlüyü macarların tərəfinə keçdi. Onlar oyun üstünlüyünü 78-ci dəqiqəyə qədər davam etdirdilər. Məhiz həmin dəqiqədə əks hücuma keçən Belçika ikinci dəfə uğur qazandı. 2 dəqiqə sona Eden Azard komandasının 3-cü qolunu qeyd etdi. Oyuna əlavə olunmuş dəqiqələrdə belçikalılar daha bir qol vuraraq Avro-2016-nın ən böyük hesabına imza atdılar: 4:0.