çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Daha iki medal

14.09.2016 08:16 Oxundu 1866

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu və üzgüçüsü Dmitri Saleh ölkəmizin hesabına daha iki gümüş medal qazandırıblar. Apasport.az saytının xəbərinə görə, Oyunların altıncı günü Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək ikinci yeri tutub.Bu, onun Rioda qazandığı üçüncü medaldı. O, bundan əvvəl 100 m məsafəyə qaçışda gümüş, 200 m məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Yığmamızın üzgüçüsü Dmitri Saleh də finişə ikinci çatıb. O, 100 m məsafəni 1:08,80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal yazdırıb.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü iki qrupda mübarizə aparıb. İkinci qrupda çıxış edən D.Saleh məsafəni 1:08.68 saniyəyə üzərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan Dmitri yarımfinalda ikinci ən yaxşı nəticəyə imza atıb.

Atletimiz bundan əvvəl Rio paralimpiadasinda 200 metrə kompleks üzmədə dördüncü, 100 metrə batterflay növündə isə beşinci pillədə qərarlaşıb.

Bununla da Azərbaycan Paralimpiya yığması Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.