çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Bu gün UEFA-da növbədənkənar prezident seçkiləri keçirilir

14.09.2016 10:04 Oxundu 1945

Avropanın futbol ittifaqları rəhbərləri bu gün Yunanıstanın paytaxtı Afinada bir araya gələrək növbədənkənar konqresdə bəzi məsələləri müzakirə edilir. Konqresdə UEFA-nın yeni prezidenti ılə bağlı seçkilər keçirilir. UEFA prezidentliyinə əsas namizəd isə Sloveniya Futbol Federasiyasının 48 yaşlı rəhbəri Aleksandr Çeferin və Niderland Kral Futbol İttifaqının başçısı 68 yaşlı Mixael van Praqdır. Onların hər ikisinin qalib gəlmə imkanları bərabər hesab edilir.

Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirlər.

Növbədənkənar prezident seçkilərinə səbəb isə rüşvət və korrupsiya ilə bağlı qurumun istefaya göndərilən eks rəhbəri Mişel Platinidir. Platini 2007-ciildən UEFA-ya rəhbərlik edirdi. Korrupsiya qalmaqalı ilə bağlı o, 4 il yüksək vəzifələr tutmaqdan məhrum edilib. Konqresdə Platininin vida nitqi ilə çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, UEFA prezidentliyinə 3 nəfər öz namizədliyini irəli sürmüşdü. Onlardan İspaniya KralFutbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar sonra öz namizədliyini geri götürdü.

Hazırladı: Əziz Mustafa