çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Zinəddin Zidan: "Biz çempionlar liqasının favoritiyik, ancaq bu,arxayınlamağa əsas vermir"

14.09.2016 10:09 Oxundu 1923

Madiridin "Real" futbol komandasının baş məşqçisi Zinəddin Zidan çempionlar liqasında bu il əvvəlki mövsümlərlə müqayisədə daha gərgin mübarizə gedəcəyini söyləyib. O bunu bu il Çempionlar liqasında qalib gəlmək istəyən iddialı komandaların çoxluğu ilə izah edib. Zidan: "Avropanın əksər aparıcı futbol klublarında baş məşqçi dəyişiklikləri baş verib. Yeni baş məşqçilər isə kifayət qədər təcrübəli, əvvəllər komandalarını çempionlar liqasının qalibi etməyi bacaran məşhur futbol mütəxəssisləridir. Onların yenə də bu uğuru təkrar etməyə cəhd edəcəkləri istisna edilmir. Bununla belə biz çempionlar liqasının ötən ilki qalibi kimi yenidən bu uğuru təkrar etmək niyyətindəyik. Biz çempionlar liqasının favoritiyik, ancaq bu, arxayınlamağa əsas vermir. Ona görə də hər oyunda meydana yalnız qələbə əzmi ilə çıxmaq niyyətindəyik. Bizim yenidən çempionlar liqasının qalibi olmaq üçün imkanlarımız kifayət qədərdir",- deyib.

Hazırladı: Əziz Mustafa