1893
Sabah Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Qitənin 48 komandası ikinci dərəcəli klub turnirinin əsas raundunda mübarizəyə start verəcək. 12 qrupda ən yaxşıları müəyyənləşdirəcək iştirakçılar arasında iki Azərbaycan klubu da yer alıb. Bunlar son Azərbaycan çempionu “Qarabağ” və ötən mövsümün bürünc mükafatçısı “Qəbələ”di.Ardıcıl 3-cü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını daha aşağı səviyyəli Avropa Liqasında davam etdirən Ağdam klubu qrup mərhələsinə evdə - “Dalğa Arena”da start verəcək. İki dəfə adlaya bilmədiyi qrup səddini keçməkdə iddialı olan Qurban Qurbanovun yetirmələri Çexiyanın “Slovan” klubu ilə görüşəcək.
Roman Qriqorçukun yetirmələri səfərdə, həm də Belçikanın ən titullu klubu “Anderlext”ə qarşı mübarizə aparacaq. Ötən il qrupu qələbəsiz başa vuran qəbələlilər ilkə cari mövsümdə imza atmalıdı. Təsnifat mərhələlərində məhsuldarlığı ilə diqqət çəkən “Qəbələ” səfərdə əsas silahlarından olan Teo Uiksdən yararlana bilməyəcək. Cəzalı futbolçunun yoxluğundan yeni transferlərdən olan Ruslan Qurbanov özünü göstərə bilər.
Qeyd edək ki, “Qarabağ” saat 19:00-da, “Qəbələ” isə 21:00-da meydana çıxacaq.
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
19:00. “Qarabağ” – “Slovan” (Çexiya)
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
"Dalğa Arena"
21:00. “Anderlext” – “Qəbələ”
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
"Konstant Vanden Stok" stadionu