çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

2020-ci il Ümumdünya Şahmat Olimpiadasını ünvanı - Rusiyanın Xantı-Mansiysk şəhəri

14.09.2016 11:15 Oxundu 2342

2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Bu barədə qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib. Xantı-Mansiysklə yanaşı Argentina və Slovakiya şəhərləri də mötəbər yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Müzakirələrdən sonra FİDE Xantı-Mansiyskə üstünlük verib.

Xatırladaq ki, 2018-ci il Olimpiadası Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.