1984
FIFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirmişdir. Qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Milos Adamovic arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.
10 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
11 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 57-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
9 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunur (maddə 67).
9 sentybar 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Neftçi” – “Qəbələ” matçının 79-cu dəqiqəsində “Neftçi” klubunun 44 №-li futbolçusu Sənan Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48). Oyunun 57-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Vitali Kovalyov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur(maddə 62).
12 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
7 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun “Rəvan” – “Turan Tovuz” matçında ev sahibi “Rəvan” klubu oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunur (maddə 67).
7 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun “Zaqatala” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).