çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Amerika Kubokunu Çili qazandı

27.06.2016 05:44 Oxundu 377

Bu gün Bakı vaxtı ilə səhər saat 4:00-da Amerka Kubuku uğrunda yarışların final oyunu start götürdü. Argentina və Çili komandalarının yarışdığı final oyunun birinci hissəsində qol olmasa da iki qırmızı kart oldu. 29-cu dəqiqədə Maeselo Dias Çilini, 42-ci dəqiqədə isə Markos Roxo Argentinanı azlıqda qoydu.

Oyunun ikinci hissəsində də qapılar ağzında ciddi təhlükələr müşahidə olmadı. Braziliyalı hakim Eber Lopesin oyunun əsas vaxtının başa çatdığını bildirən fiti səslənərkən tərəflərin heç biri üstünlük qazana bilməmışdi. Qalibi müəyyən etmək təyin olunun əlavə vaxta komandalar bir qədər fəallaşsalar da hesabı dəyişmək mümkün olmadı.

Oyunsonrası penaltilərdən daha yaxşı istifadə edən Çili millisi Amerika kubokuna sahıb çıxdı.