çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Daha bir gümüş medal

15.09.2016 08:13 Oxundu 1825

Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb. 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub. Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.Yarışın qalibi ukraynalı Sergey Klippert, bürünc medalçısı isə ABŞ təmsilçisi Tuker Dupri olub.

Beləliklə, Azərbaycan Paralimpiya Oyunlarında medalların sayını 9-a çatdırıb.