1831
Polşanın Novı Tomısl şəhərində keçirilən 15 və 17 yaşadək qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
Qeyd edək ki, otuz ölkədən 360 idmançının mübarizə apardığı yarışda komandamızın dörd üzvü fəxri kürsüyə qalxıb. On beş yaşadək oğlanların mübarizəsində Rüstəm Qasımov (50 kq) ümumilikdə 170 kiloqram (77+93) ilə çempionatda üçüncü yeri tutub. Turnirdə 17 yaşadək atletlərin mübarizəsində isə İsmayıl Məmmədov (50 kq) 174 kiloqram (81+93) nəticə ilə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Çempionatda 15 yaşadək oğlanların mübarizəsində Füqan Əliyev (62 kq) toplam 235 kiloqram (105+130) nəticə ilə qızıl medal qazanıb.
Yaşı 17-dək olan qızların yarışında Səbinə Əzimova (48 kq) 152 kiloqramı (65+87) başı üzərinə qaldıraraq karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.