çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Qızlar mübarizəyə başlayır

15.09.2016 10:48 Oxundu 1804

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Millimiz Ukrayna ilə görüşəcək. Bu matç 19:00-da başlayacaq. Azərbaycan millisinin çıxış etdiyi VIII qrupda digər matçında İspaniya və Latviya üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Bakı Olimpiya Stadionunun əsas və ehtiyat meydançalarında keçiriləcək.

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

I tur, 15 sentyabr

15:00. İspaniya – Latviya

Hakimlər: Kriso Georgiou, Niki Karagiorgi (hər ikisi Kipr), Gülyana Güvəndiyeva, Yuliya Larionova (hər ikisi Azərbaycan)

UEFA nümayəndəsi: Olesya Berdea (Moldova)

Hakim-inspektor: Con Ferri (Şimali İrlandiya)

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

19:00. Azərbaycan - Ukrayna

Hakimlər: Kristina Bujor, Aleksandra Teodora Apostu (hər ikisi Rumıniya) , Tiziana Trasçiatti, Qratsiella Pirriatore (hər ikisi İtaliya)

UEFA nümayəndəsi: Olesya Berdea (Moldova)

Hakim-inspektor: Albano Yanku (Albaniya)

Bakı Olimpiya Stadionu