çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimiz İspaniya millisi ilə qarşılaşacaq

15.09.2016 10:54 Oxundu 1886

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirəcək.

Millimiz bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 16-da, saat 03.00-da) Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığması ilə qarşılaşacaq. Qarşılaşmanı Alessandro Malfer (İtaliya) idarə edəcək. İkinci hakim çexiyalı Ondrej Cerny, üçüncü hakim isə Belçikanı təmsil edən Pascal Lemal olacaq.

Xatırladaq ki, millimiz dünya çempionatında keçirdiyi ilk oyunda Mərakeş yığmasını 5:0 hesabı ilə məğlub edib.