493

Qvami Məhəbbətoğlu
Azərbaycan futbolunda öz sözünü demiş futbolçulardan biri də Novruz Əzimovdur. Hazırda “Bakı”nın baş məşqçisi vəzifəsində çalışan Novruz Əzimovla onun iş yerində- “Bakı”nın bazasında görüşdük. Həmsöhbətimizə futbolumuzun bu günü, eləcə də dünəni ilə bağlı suallarla müraciət etdik.
- Novruz bəy, I Divizionda çıxış edən “Bakı”nın ötən mövsümü 15 xalla sonuncu yerdə başa vurmasına görə özünüzü günahkar hesab edirsiniz?
- Mövsüm başlayanda qarşıya qoyulan məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaq idi. Lakin buna nail ola bilmədik. Sözsüz ki, klubdaxili şərait (yanvar ayında 9 futbolçunun klubu tərk etməsi (son bir ildə 26 futbolçu “Bakı”nı tərk edib), futbolçuların vaxtında maaş ala bilməmələri, onların məşqə mütəmadi gəlməmələri və sairə... Bəzən elə olub ki, bizim məşqlərə 7 futbolçu qatılıb) buna böyük təsir göstərdi. Bildiyiniz kimi, bizim 24 xalımızı da sildilər. Təbii ki, bu da futbolçulara öz təsirini göstərdi. Bütün bunları qeyd etməklə, məsuliyyətdən qaçmıram.
Novruz Əzimovla geniş müsahibəni "Çempion"un növbəti sayında oxuya bilərsiniz.