1841
Təlim-məşqləri başa vuran Para-taekvondo milli komandamız bu gün Avropa çempionatına yollanıb. Polşanin Varşava şəhərində keşiriləcək sayca 5-ci olan qitə çempionatında ölkəmizi 4 kateqoriyada 11 idmançı təmsil edəcək.
16 sentyabr tarixində təşkil edilən yarışda baş məşqçisi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərlik etdiyi milli komandanın üzvləri Namiq Abbasov (-61 kg) (K 43), Xəzər Mirzəyev (-75 kq) (K 43), ), Anar Hüseynov (-61 kg) (K 41), Şəhmir İbadov (-61 kg) (K 42), Aleksandr Poluşuk (+75 kg) (K 42), Vuqar Adışirinov (+75 kq) (K 44), Rövşən Qəhramanlı (-61 kg) (K 44), Əbülfəz Abuzərli (-75 kq) (K 44), Nicat Müslümov (-75 kq) (K 42), Aynur Məmmədova (+58 kq) (K 44), Röyalə Fətəliyevaya (-58 kq) (K 44) etimad göztərib. Azərbaycan Taekvondo Federasiyasının baş katibi, para-taekvondo milli komandasının rəhbəri Həmdiyyə Məmmədov da komanda ilə birlikdə Varşava şəhərinə yollanıb.
Nəzərinizə çatdıraq ki, G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur. Qazanılan xallar isə 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm kəsb edir.