çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Rəşad Sadıqov "Qarabağ"ı məğlubiyyətdən xilas etdi

15.09.2016 19:54 Oxundu 1835

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qarabağ” da ilk oyununa çıxıb. Ağdam klubu Çexiya təmsilçisi “Slovan”ı qəbul edir. Matçın hələ 10-cu saniyəsində Yan Sikora hesabı açıb. Şokdan tez ayılan çempionumuza bərabərlik üçün 6 dəqiqə lazım olub. Künc zərbəsindən Daninin ötürməsini başla qapıya yönəldən ispaniyalı status-kvonu bərpa edib. Bərabərlik qolundan sonra təşəbbüsü tamamilə ələ alan Qurban Qurbanovun yetirmələri dəfələrlə önə keçmək şansı yaxalayıblar. Ancaq...67-ci dəqiqədə veteran Milan Baroş qonaqları hesabda irəli çıxarıb. Oyunun son saniyəlirində kapitan Rəşad Sadıqovun vurduğu qol "Qarabağ"ı məğlubiyyətdən xilas edib: 2:2

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

“Qarabağ” – “Slovan” (Çexiya) - 2:2

Qollar: Miçel, 7, Rəşad Sadıov, 90+4 - Yan Sikora, 1, Baroş, 68

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel

Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)

Hakim-İnspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

"Dalğa Arena"

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.

Baş məşqçi: Qurban Qurbanov

“Slovan”: 19. Martin Dubravka, 2. Radim Briet, 5. Vladimir Kufal, 6. Yan Sikora, 10. Zdenek Folprekt, 11. David Hovorka, 23. Eqon Vuk, 24. Daniel Bartl, 26. Lukaş Bartoşak, 27. Milan Baroş (k), 31. Martin Latka

Ehtiyat oyunçular: 17. Vaçlav Qladki, 4. Andrey Karafyat, 7. Milan Nitiranski, 9. Jan Navratil, 16. İqor Sukennik, 21. Nikolay Komliçenko, 28. Ubonq Ekpai

Baş məşqçi: Yindrix Trpişovski