çərşənbə axşamı, 01 iyul 2025

BOKS

Millimizin baş məşqçisi istefa verdi

09.07.2019 16:52 Oxundu 709

Vaqif Şirinov Boks üzrə Azərbaycan milli komandasının baş məşqçi Vaqif Şirinov istefa verib.

Cempion.az xəbər verir ki, bu barədə məlumatı mütəxəssis "Facebook" səhifəsində yazıb. V.Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib. Qeyd edək ki, Azərbaycan millisi "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub.