şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

Nazarov "Hamburq"a qarşı oynadı

23.09.2019 09:18 Oxundu 447


Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə "Hamburq"la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Nazarov matça ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 7-ci pillədə qərarlaşıb. (Qol.az)