şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Namik Ələskərov milliyə dəvət oludu

07.10.2019 16:27 Oxundu 411

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Cempion.az AFFA-ya istinadən xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək.
Əvəzində, “Neftçi” PFK-dan Namik Ələskərov millinin heyətinə dəvət olunub.