çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Samir Abasov istefaya göndərildi

08.10.2019 16:11 Oxundu 535


“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Cempion.az klubun saytına istinadən yayydığı xəbərə görə, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

“Zirə” PFK Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.