şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Baksell arena"nın  dərdləri - ÖZƏL

28.11.2019 15:11 Oxundu 752

“Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə "Baksell  arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək. Cəmi 3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb. Qazonun düzələcəyinə olan ümidlərimiz getdikcə sönür. Başa düşürük ki, qazonu yaxşı vəziyyətə saxlamaq asan iş deyil. Amma mümkündür. Təəssüf ki, buna əncam cəkməli adamların tükü də tərpənmir.
Amma qazon "Baksel arena"nin yegaənə dərdi deyil. Avroliqa oyunlarının keçirildiyi bu stadionun media üçün ayrılmış sektoru da bərbad vəziyyətdədir. Stadionun tribunalarının üstü bağlı olsa da yağış yağan vaxtlarda burada jurnalistlərin işləmsi qeyri-mümkün olur. Belə ki, yağan yağışın hamısı kreslo və masanın üzərində olur. Yağmursuz havada isə həmin kreslolarda oturmaq üçün gərək özünlə ya döşəkcə, ya da ən pis halda qəzet gətirəsən. Yoxsa, çirkin üstündə oturmalı olacaqsan. Görəsən özünü "ulduzlar arenası" adlandıran bu stadionun xadimələri varmı?
Açılib-bağlanan masaların da təmirə ehtiyacı var. Masanın taxtaları bəzən adamın əlində qalır. Bu çatışmazlığın niyə sağalmaz yaraya dönməsini izah eləməkd çox çətinlik çəkirəm. Çünki Azərbaycanda ən çox yayılan sənətlədən biri də dülgərlikdir ki, "Baksel arena"nın da məhz bu sənətkarlarıehtiyacı var.
"Ulduzlar arenasında" internetə qoşulmaq da müşkül məslədir. Daha döğrusu, internetin sürəti tısbağa sürətindən o qədədr də fərqlənmir. Jurnalistlərin bu arenada digər provayderlərin xidmətinə müraciət etməsi "sürət" deyib bar-bar bağıran "Baksel"i zərrə qədər də narahat etmir”.
Bu sitatı saytımızın baş redaktoru Ürfan Məmmədlinin 07.11.2016-cı il tarixdə - yəni 3 il bundan əvvəl yazdığı eyni adlı guşə yazısından götürülmüşdür.
O vaxtdan 3 il ötüb. İnsafən desək, indi qazonun vəziyyəti 3 il əvvəlki kimi deyil, xeyli yaxşılaşma var. Amma qalan dərdlər elə dərd olaraq qalır.
Otən bazar günü “Neftçi” – “Qəbələ” oyununu izləmək üçün “Baksell arena”ya getmişdim.  Media sektoruna daxil olan kimi “Neftçi”nin mətbat xidmətinin əməkdaşı komandaların start heyətləri yazılmış vərqəni mənə təqdim etdi. Vərəqəni alıb ayaqüstü heyətlərə nəzər saldım. İndi qalırdı bu vərəqə üzərində qeydlər etmək. Bunun üçün oturmaq, vərəqəni masanın üstünə qoymaq lazım idi. Oturacaqlar da, masa da suyun içində idi. Vəziyətə işarə edərək “Neftçi”nin əməkdaşına “Necə edək?” sualını verdim. Əməkdaşın sifəti elə bir görkəm aldı ki, sualı verdiyimə də peşiman oldum. Hiss elədim ki, o da çarəsizdir. Amma oyundan sonra  bu barədə rəhbərliyinə məlumat çatdırıb-çatdırmadığını da bilmirəm.
Hər halda stadion istismara verilən gündən arenanın bu dərdləri davam edir.  Bu dərdlərə əncam çəkən tapılacaqmı?
Bu ayın 16-da milli komandamız “Baksel arenada” Uels millisini qəbul etmişdi. Həmin oyuna Böyük britaniyadan xeyli jurnalist gəlmişdi. Yaxşı ki, o gün yağış yağmadı. Yoxsa britaniyalı jurnaslistlərin qarşısında biabır olacaqdıq.

Yusif MƏMMƏDLİ