13.01.2020 14:00
412

Yenicə "Kayserispor"un sükanı arxasına keçən Robert Prosineçki gözlənilməz təklif irəli sürüb.
Cempion.az xəbər verir ki, Super Liqa klubunun çalışdırıcısı Əfran İsmayılova dəvət göndərib.
Xorvatiyalı mütəxəssis yarımmüdafiəçiyə "Kayserispor"la 6 aylıq müqavilə bağlamağı təklif edib. 32 yaşlı futbolçu bu dəvəti gözləmədiyindən, keçidin baş tutub-tutmayacağı qarşıdakı günlərdə məlum olacaq.
İsmayılov Prosineçkinin ən sevimli oyunçularındandır. O, millimizi çalışdırdığı vaxt (2015-2018) Əfranı həmişə fərqləndirib. (sportinfo.az)