şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Qriqorçukun yerinə onu təyin etdilər

14.01.2020 20:00 Oxundu 317


"Astana"nın yeni baş məşqçisi müəyyənləşib.

Cemрion.az-ın Qazaxıstan klubunun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun istefaya göndərilməsindən sonra bu vəzifəyə Qazaxıstan millisinin çexiyalı baş məşqçisi Mixal Bilek təyin edilib. O, yığmadakı işinə də davam edəcəyini bildirib.
 
Qeyd edək ki, 54 yaşlı mütəxəssis ötən ildən Qazaxıstan millisini çalışdırır.

Xatırladaq ki, "Astana" dünən "Qəbələ"nin sabiq baş məşqçisi R.Qriqorçukla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.