15.01.2020 13:31
358


Türkiyə millisinin və “Yuventus”un üzvü Merih Demiralın son vəziyyəti müəyyənləşib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olunan futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə o deməkdir ki, türkiyəli müdafiəçi Avro–2020-də milli komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Demiral İtaliya A seriasının 19-cu turunda “Roma” ilə oyunda zədələnib.