cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Abdulla Avcının Azərbaycan millisini çalışdırması doğru olmaz"

13.02.2020 18:00 Oxundu 401


Türkiyənin tanınmış idman yazarı Mehmet Demirkol Abdullah Avcının karyerası ilə bağlı danışıb.

Cempion.az xəbər verir ki, tanınmış ekspert türkiyəli mütəxəssisin milli komanda çalışdırmasının yanlış olduğunu bildirib:

“Avcı birləşdirici, kolektiv oyun qurmağa çalışan bir məşqçidir. Bu isə davamlı işləmək və zamana ehtiyac duyan bir fəlsəfədir. Məncə, milli komanda çalışdırmaq onun üçün doğru olmaz. Üslubuna ziddir.

Ötən mövsüm “Sevilya” Avcı ilə çox ciddi maraqlanmışdı. Əgər maliyyə problemi olmayan və onun istədiyi heyəti qura bilən bir komanda olarsa, Avcı mütləq uğur qazanacaq bir məşqçidir”.