şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Zaqatala" da dağıla bilər

14.02.2020 15:00 Oxundu 421

I Divizionda çıxış edən daha bir komandanın taleyi naməlumdur.

Cempion.az xəbər verir ki, söhbət "Zaqatala"dan gedir.

İş ondadır ki, "Kəpəz" və "Turan Tovuz"u Premyer Liqaya gətirnək istəyən AFFA bunun üçün əlavə maliyyə ayırmalıdı. Bu məbləğ ya SOCAR-ın büdcəsindən götürülməli, ya da AFFA öz büdcəsindən nələrisə düz-qoş etməlidir.  SOCAR-dan əlavə maiyyə almaq elə də asan deyil.  Ona görə də federasiya rəhbərliyi çıxış yolu kimi bəzi komandaları "ofsayd"a salmağı düşünür. "Qaradağ Lökbatan"dan sonra AFFA-nın hədəfdə tutduğu digər komanda elə özünün təsisçisi olduğu "Zaqatala"dır.