26.03.2020 17:00
606


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tikinti işləri davam edir.
Lakin Cempion.az xəbər verir ki, layihədə xeyli dəyişiklik edilib.
Təəssüf ki, bu dəyişiklik heç də xoş qarşılana bilməz. İlk növbədə ona görə ki, arenanın tutumu azaldılıb. İlkin açıqlamada tutumun 15.900 nəfər olduğu deyilsə də sonradan bu rəqəm xeyli azaldılaraq 10 minə endirilib. Eyni zamanda qaçış zolağı, otel, güləş, cüdo və boks zalları da ləğv edilib.