cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Keşlə”nin futbolçusu 4 ölkədən təklif alıb

22.05.2020 09:00 Oxundu 432

"Keşlə” futbol klubunun üzvü, milli komandamızın oyunçusu Ruslan Qurbanov ölkə xaricində oynamaq istəyir.

Cempion.az xəbər verir ki, mayın 31-də hazırkı klubu ilə müqaviləsi başa çatacaq hücumçu Qazaxıstan, Rusiya, Belarus və Türkiyə klublarında təklif aldığını bildirib. Hazırda menecerinin həmin klublarla danışıqlar apardığını deyən R.Qurbanov böyük ehtimalla karyerasını ölkəmizdən kənarda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, R.Qurbanov ötən ildən "Keşlə”nin formasını geyinir.