şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

İquainin satış qiyməti açıqlandı

25.05.2020 19:44 Oxundu 408


"Yuventus” rəhbərliyi ulduz futbolçusu Qonsalo İquainlə yollarını ayıra bilər.

Cempion.az xəbər verir ki, bu barədə "Tuttojuve” nəşri məlumat yayıb.

Futbolçunun satış qiyməti kimi 18 milyon avro göstərilib. "Nyukasl” və "River Pleyt” komandaları hücumçunun transferində maraqlıdır.

Argentinalı ulduz özü Buenos-Ayres təmsilçisinə keçmək istəsə də, sözügedən transfer qiymətinin "River” üçün münasib olmayacağı da qeyd edilir.