01.06.2020 17:15
524

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton” klubunda ayrılıq baş verib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Brayt Enobakare ilə yollar ayrılıb.
Klubun rəsmi saytında portuqaliyalı mütəxəssisin hücum xəttində Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb.
Qeyd edək ki, "Vulverhempton”un əvəzedici heyətində çıxış edən Renat Dadaşov əsas komandada debüt etməyib.