16.06.2020 11:46
508
508

İngiltərənin ''Tottenhem'' klubu heyətini brazilyalı futbolçu ilə gücləndirmək istəyir.
Cempion.az ''The Sun'' nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi bu mövsüm klubdan ayrılacaq olan Vertongenin yerini Tyaqo Silva ilə doldurmaq istəyir. Mourinyonun israrla istədiyi 35 yaşındakı müdafiəçi üçün ''Tottenhem'' rəsmiləri təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, brazilyalı müdafiəçi ''Arsenal'' və ''Evertonun''da transfer siyahısında yer alır.