çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

La Liqa klubu cəzalandı

16.06.2020 12:31 Oxundu 440


İspaniyanın "Malyorka" klubu 301 avro məbləğində cərimələnib. 

Cempion.az "Cadena Cope" nəşrinə istinadən xəbər verir ki, buna La Liqanın XXVIII turunda "Barselona" ilə ev matçında meydana azarkeşin daxil olması səbəb olub. 

Stadionlara azarkeşlərin buraxılması qadağan olduğu üçün "Malyorka"ya əlavə sanksiyalar da tətbiq edilə bilər. 

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.