16.06.2020 13:39
456

Türkiyənin “Qalatasaray” klubu Super Liqanın 27-ci turunda “Rizəspor”la oyunda (0:2) zədələnən qapıçısı Fernando Muslerayla yeni müqavilə imzalayacaq.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “cim-bom”un vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib:
“Musleranın klubla bir illik müqaviləsi var. Bu müqaviləni daha iki illik uzadacağıq”.
Xatırladaq ki, “Rizəspor”la oyunda zədələnən və sağ ayağında iki qırıq aşkarlanan qapıçı bu gün əməliyyat olunacaq. Onun 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.