bazar ertəsi, 30 mart 2026

VOLEYBOL

"Azerreyl" millimizin üzvün transfer etdi

16.06.2020 15:45 Oxundu 816


"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.

Cempion.az Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda Azərbaycan millisinin üzvü Anastasiya Bessonovanı heyətinə qatıb.

Qeyd edək ki, “Telekom”un yetirməsi olan Bessonova Sloveniyada “Maribor” və Rumıniyada “Alba” klublarının da formasını geyinib.