çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Real Madrid" gənc oyunçu ilə yollarını ayırdı

16.06.2020 16:46 Oxundu 452


İspaniyanın "Real Madrid" klubu futbolçusu Xavi Sançeslə yollarını ayırıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubu 23 yaşlı müdafiəçini ötən il icarəyə verdiyi "Real Valyadolid" klubuna satıb.

Bu keçid qarşı tərəfə 3 milyon avroya başa gəlib. Gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Real Madrid" akademiyasının yetirməsi olan ispan oyunçu əsas komandada 1, əvəzedicidə isə 68 oyun keçirib.