çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

''Mançester Yunayted''in yeni hədəfi

16.06.2020 18:17 Oxundu 494

''Mançester Yunayted'' ''Barselona''nın gənc oyunçusu ilə maraqlanır.

Cempion.az ''The Times'' nəşrinə istinadən xəbər verir ki, qırmızı şeytanlar Ansi Fati üçün İspaniya təmsilçisinə 90 milyon avro təklif etsə də, ''Barselona'' tərəfi bu təklifi qəbul etməyib.

Xəbərdə qeyd edilir ki, ''Mançester Yunayted'' Fati transferini yekunlaşdırmaq üçün qarşı tərəfə yeni təklif göndərməyi planlaşdırır.