bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

PSJ-nin yeni hədəfi

16.06.2020 20:15 Oxundu 470


"Bavariya"nın futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirə bilər.

Cempion.az "Cadena Ser"ə istinadən xəbər verir ki, PSJ 24 yaşlı müdafiəçi ilə maraqlanır.

Bildirilib ki, Paris təmsilçisi onu klubdan ayrılacağı gözlənilən Tyaqo Silvanın əvəzləyicisi hesab edir. PSJ-nin artıq fransalı oyunçunun agenti ilə əlaqə saxladığı vurğulanıb.

Qeyd edək ki, L.Hernandes bu mövsüm Bundesliqada 16 matçda meydana çıxıb.