bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Almaniyada çempion bəlli oldu

17.06.2020 09:07 Oxundu 490


“Bavariya” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.

Cempion.az xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub.

Qalib klubun yeganə qolunu isə Robert Levandovski (dəq. 43) vurub.

“Bavariya” 32 matçda 76 xal toplayıb.

İkinci pillədə 66 xalı olan Dortmundun “Borussiya” klubu turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib.

Nəticədə “Bavariya” vaxtından əvvəl tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-ci dəfə çempion adını qazanıb.