bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

''Marsel''in yeni hədəfi

17.06.2020 13:35 Oxundu 475

''Atletiko Madridin'' futbolçusu karyerasını Fransada davam etdirə bilər.

Cempion.az ''Don Ballon'' nəşrinə istinadən xəbər verir ki. Fransanın ''Marsel'' klubu mövsüm sonunda İspaniyanın ''Atletiko'' klubundan ayrılacağı gözlənilən Santiaqo Ariası transfer etmək istəyir. Fransa təmsilçisinin futbolçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Arias ilə Türkiyənin ''Qalatasaray'' və Portuqaliyanın ''Benfika'' klubları yaxından maraqlanır.