çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Daha bir ölkədə çempion məlum oldu

17.06.2020 14:31 Oxundu 421


Futbol üzrə Macarıstan çempionatının qalibi müəyyənləşib.

Cempion.az xəbər verir ki, çempionatın 30-cu turunda “Honved”i 2:0 hesabı ilə məğlub edərək, xallarının sayını 70-ə çatdıran “Ferentsvaroş” mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu elan edib.

Hazırda turnir cədvəlinin ikinci pilləsində 29 oyunda 56 xal toplayan “Fehervar” qərarlaşıb.

Qeyd edək ki, bu, “Ferentsvaroş”un tarixində 31-ci çempionluğudur.