çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Markos Alonso Italiya klublarının hədəfində

17.06.2020 15:00 Oxundu 443

Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.

Cempion.az ''Express''ə istinadən xəbər verir ki, İtaliyanın ''Yuventus'' klubu ''Çelsi''də forma geyinən ispaniyalı cinah oyunçusu Alonsonun xidmətində maraqlıdır. Sarrinində israrla istədiyi futbolçu üçün ''Yuventus'' rəsmiləri təklif göndərməyə hazırlaşır.

Xəbərdə bildirilir ki, ''Çelsi'' tərəfi Aleks Tellesi və ya Ben Çilveli transfer etsə, o zaman Alonso ilə yollar ayrılacaq.

Qeyd edək ki, İtaliyanın ''İnter'' klubuda cinah müdafiəçisini heyətinə cəlb etmək istəyir.