çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Superkubokun vaxtı açıqlandı

17.06.2020 19:17 Oxundu 444


UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi müəyyənləşib.

Cempion.az Polşa mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu qarşılaşmanın sentyabrın 24-də keçirilməsinə qərar verib.

Çempionlar Liqası və Avropa Liqasının qaliblərini üz-üzə gətirəcək görüş Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, onlayn iclasda martda koronavirus pandemiyası səbəbindən dayandırılan avrokuboklar barədə də yekun qərar qəbul olunacaq.