çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Napoli" İtaliya kubokunun qalibi oldu

18.06.2020 10:32 Oxundu 423


İtaliya Kubokunun final matçında "Napoli" Turin "Yuventus"una qalib gəlib.

Cempion.az xəbər verir ki, görüş Romanın "Olimpiko" stadionunda keçib.

Komandaların heç biri matçın əsas vaxtında fərqlənə bilməyiblər. İkinci hissədən sonra penalti seriyası olub. “Napoli”nin futbolçuları rəqib komandanın qapıçısı ilə mübarizədə daha güclü olublar - 4:2.

Bununla da "Napoli" altıncı dəfə kuboka sahib olub. Qeyd edək ki, "Yuventus" İtaliya Kubokunu 13 dəfə əldə edib.